EN

Daha 33 müəssisədə maarifləndirmə tədbirləri keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisədə əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirib.

Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında keçirilən bu tədbirlərdə Xidmətin, Minatəmizləmə Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları iştirak ediblər.

İşəgötürənlərin nümayəndələri və işçilərdən ibarət 900-dən çox şəxsin iştirak etdiyi tədbirlər zamanı iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı qanunvericiliyin əsas tələbləri, əməyin mühafizəsi üzrə yeni dövlət standartlarının tətbiqi, iş yerlərinin attestasiyası barədə məlumat verilib.

Həmçinin iş yerlərində təhlükəsizlik qaydaları, mina təhlükəsizliyi üzrə əsas prinsiplər və risklərin qarşısının alınması yolları iştirakçıların diqqətinə çatdırılıb.

Chosen
2
11
publika.az

10Sources