EN

Pələng və balaları 4 qadını parçaladı: 7-ci ölüm hadisəsi

Hindistanın Maharashtra ştatında baş verən dəhşətli hadisə nəticəsində dörd qadın pələng hücumu zamanı həyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə “The Indian Express” nəşri məlumat yayıb.

Hadisə Çandrapur rayonunda qeydə alınıb. Meşə ərazisinə yaxın kənddə yaşayan 13 qadından ibarət qrup yarpaq toplamaq üçün meşəyə daxil olub. Bu zaman onlara pələng və onun balaları hücum edib.

Nəticədə dörd qadın yerindəcə ölüb, digər doqquz qadın isə qaçaraq xilas ola bilib.

Məlumata əsasən, həmin ərazidə bir ana pələng və üç baladan ibarət heyvan ailəsi aşkarlanıb. Meşə rəsmiləri kənd sakinlərini müvəqqəti olaraq meşəyə daxil olmamağa çağırıb.

Chosen
13
publika.az

1Sources