EN

Toral Bayramov “Qarabağ”dan getdi: Türkiyə klubuna keçdi

Azərbaycan yığmasının müdafiəçisi Toral Bayramov “Qarabağ”dan ayrılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə klubun rəsmi səhifələri məlumat yayıb. 

O, Türkiyənin “Bursaspor” klubuna keçib. 

Qeyd edək ki, 2020-ci ildən “Qarabağ”da çıxış edən Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.

"Cebheinfo.az"

Chosen
2
2
cebheinfo.az

2Sources