EN

Şərqi Zəngəzurda 122 hektar sahədə istixana qurulacaq

BAKI, 25 may. TELEQRAF

2023-cu ilə qədər 250 hektar sahədə yeni istixana qurulacaq. Bunun 122 hektarı Şərqi Zəngəzurda yaradılacaq.

Teleqraf xəbər verir ki, bu barədə Prezidentin təsdiqlədiyi Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramında bildirilir.

Sənədə əsasən fəaliyyətini dayandıran250 hektar istixananın modernləşdirilməsi nəzərdə tutulur.

Bunun üçün yeni nəsil istixanaların yaradılmasına investisiyaların təşviqi üzrə dəstək mexanizminin hazırlanması və icrası planlaşdırılır. Elektrik enerjisi, qaz və digər xidmətlərə qoşulma xərclərinin subsidiyalaşdırılması mexanizmi hazırlanacaq. İstixanaların qurulmasının dəstəklənməsi məqsədilə avadanlıqlar güzəştli şərtlərlə satılacaq.

Chosen
15
teleqraf.com

1Sources