EN

Cins heyvan saxlayan təsərrüfatlara dövlət dəstəyi ARTIRILIR

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda cins heyvanların və ya balıqların saxlanıldığı təsərrüfatların götürdüyü kreditlərin faizləri subsidiyalaşdırılacaq.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda əks olunub.

Sənədə əsasən, İqtisadiyyat Nazirliyinə müasir texnologiyaların tətbiq edildiyi, yem bazasına malik olan və cins heyvanların və ya balıqların saxlanıldığı təsərrüfatların və tədarükçülərin rezident banklar və bank olmayan kredit təşkilatlarından 2027-ci ildən başlayaraq 5 il müddətində manatla aldıqları kreditlərə hesablanmış faizlərin, həmçinin icra edilmiş investisiya layihələrinin dəyərinin "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına subsidiyalaşdırılması üçün tədbirlər görməsi tapşırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
5
modern.az

9Sources