EN

Qarabağ ın müdafiəçisi Türkiyə klubuna keçdi RƏSMİ

Sportal.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Qarabağ"ın futbolçusu Toral Bayramov karyerasını Türkiyədə davam etdirəcək.

Sportal.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klubun açıqlamasında qeyd olunub:

"Təşəkkürlər, Toral

Qardaş Türkiyənin köklü klublarından olan “Bursaspor”un Toral Bayramovun transferində ciddi maraq göstərməsi, həmçinin milli komandanın futbolçusunun özünün legioner həyatı yaşamaq və karyerasını xaricdə davam etdirmək istəyi bu keçidin reallaşmasında mühüm rol oynayıb.

“Qarabağ” FK futbolçumuz Toral Bayramovun transferi ilə bağlı “Bursaspor” klubunun təklifini müsbət cavablandırıb.

Klublar arasında aparılan danışıqların uğurla yekunlaşması və futbolçunun legioner karyerasını davam etdirmək istəyinə hörmətlə yanaşılması nəticəsində tərəflər arasında razılıq əldə olunub.

2020-ci ildən əsas komandamızda çıxış edən Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, komandamızla 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.

Toral Bayramova klubumuzdakı çıxışı dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, legioner karyerasında uğurlar arzulayırıq".

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
39
sportal.az

10Sources