Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Venesuelanın qərbində yerləşən Barinas şəhərindəki istintaq təcridxanasında kütləvi iğtişaşlar baş verib. Bir qrup məhbus həbsxananın damına çıxaraq mühafizə əməkdaşlarının qanunsuz hərəkətlərinə etiraz edib.
Bizimyol.info xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, qiyam iştirakçıları döşəkləri yandırıblar. Nəticədə binanın üzərini qalın tüstü bürüyüb. Məhbuslar həbsxana direktorunun dərhal vəzifədən uzaqlaşdırılmasını tələb ediblər.
Məhbusların radikal addım atmasına səbəb kimi həbsxana nəzarətçilərinin sistematik zorakılığı, odlu silahdan istifadə halları və kobud davranışları göstərilir.
Yerli hüquq müdafiə təşkilatı olan “Venesuela Həbsxanaları Observatoriyası”nın (OVP) hesabatına əsasən, insident 2026-cı il mayın 24-də, bazar günü baş verib.
Hüquq müdafiəçiləri bildirirlər ki, saxlanma şəraitinin ağır olması və nəzarətçilərin aqressiv davranışları səbəbindən təcridxanadakı vəziyyət uzun müddətdir gərgin olaraq qalır.
“AFP” agentliyinin yaydığı məlumata görə, məhbusların yaxınları cəzaçəkmə müəssisəsinin qarşısına toplaşaraq hakimiyyətdən doğmalarının səhhəti barədə məlumat verilməsini və onların təhlükəsizliyinə təminat yaradılmasını tələb ediblər.
Hüquq müdafiə təşkilatları etiraz aksiyasının sərt şəkildə yatırılacağı ehtimalından narahat olduqları üçün təcridxana ətrafındakı vəziyyəti izləməyə davam edirlər.
Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.