EN

Antonio Konte “Napoli”dən ayrıldı RƏSMİ FOTO

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

İtaliyalı baş məşqçi Antonio Konte “Napoli”dən ayrılıb.

İdman.Biz bildirir ki, klubun mətbuat xidməti istefa barədə sosial mediada məlumat yayıb.

Konte 2024-cü ilin yayından bəri komandaya rəhbərlik edirdi. “Napoli”nin sükanı arxasında debüt mövsümündə komandanı İtaliya A Seriyasının tituluna çıxarıb. Antonio Kontenin komandası 2025/2026 mövsümünü ikinci yerdə başa vurub.

Ümumilikdə, Kontenin rəhbərliyi altında “Napoli” bütün yarışlarda 91 oyun keçirib. Komanda 54 qələbə qazanıb, 19 heç-heçə edib və 18-də məğlub olub. Növbəti mövsümdə neapollular UEFA Çempionlar Liqasında və İtaliya Superkubokunda iştirak edəcəklər.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
icma.az

2Sources