ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının Xətai rayonunda “Tantuni Pub” restoranında dava olub.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 8-də baş verib. Qəbələ rayon sakini, 1993-cü il təvəllüdlü Əhməd həmin gün gecə saat 02:30-da ofisiant işlədiyi “Tantuni Pub” restoranının qarşısında həmin restorana müştəri kimi gəlmiş tanışı Vüsal (adlar şərtidir – red.) ilə mübahisə edib. Onların arasında mübahisənin yaranmasına səbəb Əhmədin Vüsala restoranda intizamlı olmasını irad bildirməsi səbəbindən yaranıb. Aralarında yaranmış mübahisə zamanı Əhməd qəsdən əl zərbəsi ilə Vüsalın baş nahiyyəsindən vurmaqla onu döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. İş üzrə izahat verən Əhmədin sözlərinə görə, “Tantuni Pub” kafesində ofisiant kimi işləyib:“Yanvarın 8-də, gecə saat 02:00-da Vüsal işlədiyi kafeyə müştəri kimi gəldi və pivə içdi. O, çox içdi və mənimlə söhbət edən zaman aramızda mübahisə yarandı. Vüsal nalayiq ifadələr işlətdi. Vüsal kafeni tərk edən zaman ona yaxınlaşdım və nə üçün belə rəftar etdiyini soruşdum. O, cavabında “yaxşı edirəm” deyə cavab verdi. Mən onu əl zərbəsi ilə vuraraq yerə yıxdım. Daha sonra ayağa qalxaraq getdi”. Təqsirləndirilən şəxs ifadəsində yekun olaraq əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkmiş də ona qarşı şikayətini geri götürüb.Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib.Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.