Azərbaycana gələn xarici turistlər yaxın gələcəkdə ödənişlərini öz milli valyutalarında və ya ABŞ dolları ilə həyata keçirə biləcəklər. Bu barədə Cavid Quliyev PAŞA Bankın 2025-ci ilin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, hazırda Azərbaycan vətəndaşları xarici ölkələrdə manat kartları ilə ödəniş etdikdə onlara həmin ölkənin milli valyutası ilə yanaşı, manat və ya ABŞ dolları ilə ödəniş etmək imkanı təqdim olunur. Yeni yanaşmanın Azərbaycana gələn turistlər üçün də tətbiqi nəzərdə tutulur.
Cavid Quliyev qeyd edib ki, bu addım turistlər üçün ödəniş prosesini daha rahat və şəffaf edəcək, eyni zamanda ölkədə nağdsız ödənişlərin inkişafına əlavə töhfə verəcək.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”