ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aktyor Kamran Ağabalayev sosial şəbəkədə etdiyi paylaşımı ilə taksi xidmətləri və dayanacaq qaydalarından narazılığını ifadə edib.
Axşam.az xəbər verir ki, aktyor son vaxtlar taksi sürücülərinin ən çox dayanma-durma qaydasının pozulmasına görə tətbiq edilən “80 manat, 2 bal” cəriməsindən şikayət etdiyini bildirib.
“80 manat, iki bal. Ümumiyyətlə, son günlər, hətta demək olar ki, son bir ayda taksiyə minərkən eşitdiyim ilk cümlə "80 manat, 2 bal"dır. Hətta bu gün şahidi olduğum bir vəziyyəti danışım sizə. Sürücü kişiliyinə sığışdırmayıb hamilə qadını 700-800 metr aralıdakı dayanacağa göndərmədiyi üçün cərimələnib. Anında gələn cərimə – 80 manat, 2 bal. Ümumiyyətlə, bu nə vəziyyətdir ki?
Mən adi özümdən götürürəm. Taksi komfort, servis və xidmətdir. Mən özüm üçün komfort axtarıramsa, niyə bir kilometr yarım dayanacağa getməliyəm? Sağ olsunlar, dayanacaqların da hər biri 3-4 kilometrdən bir qoyulub. Yerində saxlayanda da 80 manat, 2 bal. Demək olar ki, bütün sürücülər bu dərdini danışır, bundan şikayətçidirlər.
Aidiyyəti qurumlara sözümü deyirəm ki, əgər bu komfortdursa, bunu necə edək? Mən 1-2 kilometr dayanacağa gedirəmsə, bunun harası komfort oldu?”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.