EN

İki gün əvvəl düzəldilən körpünü yenə sel apardı VİDEO

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəkidə sel suları bir sıra fəsadlara səbəb olub. Belə ki, yağan yağışlar nəticəsində Göynük kəndinin Baş Şabalıda birləşdirən ərazisində körpünü su aparıb. Nəticədə, sakinlərin gediş-gəlişi məhdudlaşıb.

Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

"Suötürücü yağış suyunu götürmür. Bu hadisə tez-tez baş verir. İki gün əvvəl də dağılmışdı, düzəltdilər, yenə dağıldı. Əkin sahələrimiz kənddən aşağı hissədədir, keçə bilmirik. Bu səbəbdən bu gün işlərimizi görə bilmədik", - deyə kənd sakin bildirib.

"Özümü təhlükəyə atıb çörək almağa keçmişəm. Camaat ac-susuz qalacaq. Daşqınlar olur. Sel sularına görə pis vəziyyətdəyik. İşıqlarımız da yanmır", - başqa bir sakin qeyd edib.

ı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
4
redaktor.az

5Sources