"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş" təsdiqlənib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Xatırladaq ki, saziş bu ilin aprel ayının 22-də Bakı şəhərində imzalanıb.