
Türkiyədə məşhurlara qarşı aparılan narkotiklə bağlı istintaq çərçivəsində saxlanılan aktrisa Serenay Sarıkaya sərbəst buraxılıb.
Yeniavaz.com xəbər verir ki, Məhkəmə Tibbi Ekspertizası İnstitutunda keçirilən prosedurlardan sonra aktrisa sərbəst buraxılıb.
Hadisə ilə bağlı istintaq tədbirlərinin davam etdiyi bildirilir.
*** 14:11
Türkiyəli məşhur aktrisa Serenay Sarıkaya saxlanılıb.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, mayın 21-də İstanbul Bakırköy Respublika Baş Prokurorluğu məşhurlara qarşı narkotik istintaqı çərçivəsində məşhur aktrisa Serenay Sarıkayanın da daxil olduğu 25 nəfər haqqında həbs qərarı verib.
Həbs qərarı çıxarıldığı zaman xaricdə olan aktrisa bu gün Türkiyəyə qayıdarkən İstanbulda saxlanılıb.
Narkotik istintaqı çərçivəsində verdiyi ifadədən sonra Sarıkaya saç və qan nümunələri təqdim etmək üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib.
Qeyd edək ki, mayın 21-də Jandarma Komandanlığı tərəfindən aparılan narkotik istintaqı çərçivəsində İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında, eləcə də Muğla şəhərində ümumilikdə 25 ünvanda eyni vaxtda əməliyyatlar həyata keçirilib. Əməliyyat zamanı 25 şübhəli şəxs üzərində axtarışlar aparılıb və həbslər həyata keçirilib.