EN

Yaslarda verilən yeməklərdən xəstəxanalıq olmayın Bu qidalara diqqət!

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kütləvi tədbirlərdə, xüsusilə də yas mərasimləri və ehsan süfrələrində qida zəhərlənmələrinə tez-tez rast gəlinir. Bu cür halların əsas səbəbləri arasında düzgün saxlanılmayan qidalar, gigiyena qaydalarının pozulması, uzun müddət otaq temperaturunda qalan məhsullar və keyfiyyətsiz xammaldan istifadə edilməsi göstərilir. Böyük sayda insanın eyni vaxtda qidalanması riskləri daha da artırır. Belə hadisələrdən biri Samux rayonunun Lək kəndində keçirilən yas mərasimində qeydə alınıb. Mərasim zamanı bir neçə nəfərin halının pisləşməsi ilə kütləvi zəhərlənmə şübhəsi yaranıb. Hadisə nəticəsində ümumilikdə 21 nəfər tibbi yardım üçün xəstəxanalara müraciət edib. Onlardan 13-ü qadın, 8-i isə kişidir. Zərərçəkənlərin əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri stabilləşib və 19 nəfər evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Hadisə ictimai iaşə və kütləvi qidalanma məkanlarında təhlükəsizlik və nəzarət məsələlərini yenidən gündəmə gətirib.Qida məsələləri üzrə ekspert Ağa Salamov Demokrat.az saytına verdiyi açıqlamada bu məqamlara aydınlıq gətirib.Mütəxəssis yas mərasimlərində baş verən kütləvi zəhərlənmə halları ilə bağlı səsləndirilən bəzi iddiaların ictimaiyyəti yanlış yönləndirdiyini bildirib:Onun sözlərinə görə, son günlər bir sıra şəxslər hadisələrin səbəbini xiyar və pomidorda nitrat və ya pestisid çoxluğu ilə əlaqələndirsə də, bu yanaşma düzgün deyil:“Çox təəssüf ki, baxıram müsahibə verirlər, qidadan başı çıxan da danışır, çıxmayan da. Çıxıb deyirlər xiyardan zəhərləndi, pomidordan zəhərləndi. Halbuki pestisid və ya nitrat çoxluğu insanı xəstəxanalıq edəcək səviyyədə zəhərlənmə yaratmır. Bu məhsullar ən yaxşı halda allergik reaksiya, yüngül həzmsizlik, mədə-bağırsaq pozuntusu yarada bilər. Amma insanı aparıb xəstəxanaya salacaq səviyyədə qida zəhərlənməsi yaratmaz. Qida zəhərlənmələri daha çox riskli məhsullardan qaynaqlanır. Buraya əsasən düzgün emal olunmayan turşular, eləcə də ət, toyuq və balıq məhsulları daxildir. Turşular düzgün hazırlanmayanda botulizm bakteriyası yaranır. Bu isə çox təhlükəli patogen bakteriyadır və insanı zəhərləyə, hətta ölümə səbəb ola bilər. Məsələn, xiyarın, pomidorun və ya digər məhsulların düzgün emal olunmadan turşuya qoyulması zamanı bakteriyalar çoxalır və ciddi təhlükə yaradır. Yas mərasimlərində təqdim olunan yeməklər də xüsusi risk daşıyır. Ət, toyuq, balıq kimi məhsullar düzgün saxlanılmayanda, düzgün bişirilməyəndə və ya otaq temperaturunda uzun müddət qaldıqda bakteriya yükü sürətlə artır. Xüsusilə isti havalarda bu risk daha da böyüyür. Yas mərasimlərində səhərdən hazırlığa başlayırlar, küftə hazırlanır, farş edilir, amma saatlarla otaq temperaturunda saxlanılır. Halbuki iki saat kifayətdir ki, ətdə mikrobioloji çirklənmə baş versin”.O qeyd edib ki, salmonella, E.coli və stafilokok kimi bakteriyalar əsasən bu cür şəraitdə yaranır və kütləvi zəhərlənmələrə səbəb olur:“İnsanları xəstəxanaya aparan əsas məsələ bakteriya yükünün çox olmasıdır. Bu isə mikrobioloji çirklənmədən qaynaqlanır. Məhsulun daşınması, saxlanılması, emalı və bişirilməsi qida təhlükəsizliyi standartlarına uyğun olmayanda belə hallar qaçılmaz olur. Bəzi hallarda yas mərasimlərində mənşəyi məlum olmayan, keyfiyyətsiz və ucuz ətlərdən istifadə edilir. Bəzən iylənmiş və ya düzgün saxlanılmayan ətləri gətirib istifadə edirlər. Həmin ətlər bişirilənə qədər soyuducuya qoyulmur, otaq temperaturunda qalır. Bu da bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır”.Mütəxəssis xiyar və pomidorla bağlı səsləndirilən iddiaların isə məntiqli olmadığını deyib:“Əgər nitrat çoxluğu olsaydı, insanlarda əsasən allergik reaksiya, qaşınma və ya ürəkbulanma müşahidə edilərdi. Amma burada insanlarda ishal, qusma, başgicəllənmə, halsızlıq kimi əlamətlər yaranıb və xəstəxanaya yerləşdiriliblər. Bu isə birbaşa qida zəhərlənməsinin göstəricisidir. Çarpaz çirklənmə halları da təhlükəli nəticələrə səbəb ola bilər .Əgər çiy ətə toxunan əl sonradan yuyulmadan xiyara və ya digər məhsullara toxunarsa, salmonella kimi bakteriyalar keçə bilər. Amma yenə də əsas risk düzgün saxlanılmayan və emal olunmayan ət məhsullarıdır”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
56
demokrat.az

1Sources