Azərbaycanda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzillər veriləcək.BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedurlara start verilib. Belə ki, Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı, Salyan rayonunda 9 ədəd ikiotaqlı, 18 ədəd üçotaqlı mənzilin satınalınması nəzərdə tutulur.