Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Mahir Emrelinin hələlik Azərbaycana qayıtmaq fikri yoxdur.
Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçu bu barədə "Report"a müsahibəsində bildirib.
Forvard legioner həyatının davam etməsini istəyib:
"Azərbaycandan mənə heç təklif də yoxdur. Xaricdə qalmaq və burada davam etmək xeyirlidirsə, qalacağıq. İlk düşüncə legioner həyatını davam etdirməkdir. Heç özüm də belə qayıtmaq istəmirəm. Ötən mövsüm "Nürnberq"dən ayrılanda Vətənə dönsəydim, qəlbim daha da sakit olardı. Özünü təsdiqləyib qayıtmaq başqadır. İndi eşitmək istəmirəm ki, desinlər Mahirdə alınmadı, qayıtdı".
saytlarin hazirlanmasi