EN

ABŞ mediası: Ermənistanla bağlı Kremlin fəaliyyəti Trampın Cənubi Qafqaz strategiyasını riskə atır...

Ermənistandakı parlament seçkiləri öncəsi Cənubi Qafqazda geosiyasi rəqabət kəskinləşib...

Poliqon xəbər verir ki, ABŞ-nin NorthJersey nəşrində yayımlanan təhlil yazılarında Rusiyanin Ermənistan üzərində təsir imkanlarını genişləndirməyə çalışdığı və bunun Donald Trampın Cənubi Qafqazla bağlı “strateji irsini” riskə atdığı iddia olunub.

Məlumata görə, 7 iyun tarixində keçiriləcək parlament seçkiləri ərəfəsində hazırkı baş nazir Nikol Paşinyan favorit hesab edilir. Yazıda iddia olunur ki, Moskva onun mövqeyini zəiflətmək və sülh gündəliyini pozmaq üçün müxtəlif siyasi və ictimai aktorları səfərbər edir.

ABŞ nəşrlərinin istinad etdiyi materiallarda qeyd olunur ki, Rusiya Ermənistan daxilində bəzi oliqarxlar və siyasi dairələr vasitəsilə təsirini artırmağa çalışır. Həmçinin keçmiş baş prokuror Luis Moreno Ocampo ilə bağlı iddialar da gündəmə gətirilir. Yazıda onun Ermənistanla bağlı lobbi qrupları və beynəlxalq siyasətçilərlə əməkdaşlıq etdiyi iddia edilir.

Eyni zamanda qeyd olunur ki, bu proseslər Azərbaycana qarşı informasiya kampaniyaları ilə paralel aparılır və regional balansı dəyişmək məqsədi daşıya bilər. Lakin bu iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Məqalədə iddia edilir ki, əgər Paşinyan yenidən hökumət başçısı seçilərsə, Donald Trampın adı ilə əlaqələndirilən “TRIPP” layihəsi üzrə logistika və tranzit təşəbbüsləri davam edə bilər. Bu isə Cənubi Qafqazda yeni nəqliyyat dəhlizinin formalaşmasına gətirib çıxara bilər.

Yazının müəllifləri hesab edirlər ki, bu ssenari Rusiya və Çinin regiondakı infrastruktur planlarına təsir göstərə, eyni zamanda İran üçün də strateji nəticələr doğura bilər.

Analizdə sonda vurğulanır ki, ABŞ Cənubi Qafqazda ya strateji üstünlük qazana, ya da ciddi geosiyasi itki ilə üzləşə bilər. Seçkilərin nəticəsinin regiondakı güc balansına birbaşa təsir edəcəyi qeyd olunur.

Poliqon.info

Chosen
31
poliqon.info

1Sources