EN

İmişlidə baş verən ağır yol qəzasında ölənlərin sayı artdı

İmişlidə baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı üçə çatıb.

Musavat.com xəbər verir ki, ötən gün İmişli şəhərində qeydə alınan qəzada ağır yaralananlardan daha bir nəfər xəstəxanada ölüb.

Belə ki, ağır vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan “Toyota Prius” markalı avtomobilin sürücüsü, İmişli şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Murad Vəli oğlu həyatını itirib.

TƏBİB-dən verilən məlumata əsasən, mayın 24-də saat 23:00 radələrində baş verən qəza nəticəsində ümumilikdə 6 nəfər xəstəxanaya çatdırılıb. Yaralılara müxtəlif bədən travmaları, əzilmiş yaralar, travmatik şok və digər xəsarətlər diaqnozu qoyulub.

Bildirilir ki, vəziyyəti ağır və orta-ağır olan iki nəfərin müalicəsi reanimasiya şöbəsində davam etdirilib, üç nəfər isə vəziyyətləri qənaətbəxş olduğu üçün ambulator müalicəyə buraxılıb.

Buna baxmayaraq, həkimlərin səylərinə rəğmən, əvvəlcə 1993-cü il təvəllüdlü bir nəfərin xəstəxanada öldüyü açıqlanıb. Hadisə zamanı daha bir nəfərin isə həkiməqədər öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Musavat.com

Chosen
22
musavat.com

1Sources