Çində səhranın ortasında şəhəri enerji ilə təmin etmək üçün nəhəng günəş enerjisi layihəsi həyata keçirilir.Metbuat.az xəbər verir ki, layihə çərçivəsində qurulan geniş günəş paneli sistemi böyük şəhərlərin elektrik tələbatını qarşılamaq gücünə malikdir. Məlumata görə, layihə ölkənin şimalındakı səhralıq ərazilərdə həyata keçirilir və milyonlarla günəş panelindən ibarətdir. Bildirilir ki, layihənin əsas məqsədi böyük şəhərləri təmiz enerji ilə təmin etmək və fosil yanacaqlardan asılılığı azaltmaqdır. Qeyd olunur ki, layihə çərçivəsində qurulan sistem yüzlərlə gigavat güc istehsal etmək potensialına malikdir. Eyni zamanda, günəş panellərinin yerləşdirilməsi səhralıq ərazilərin ekoloji vəziyyətinə də müsbət təsir göstərə bilər. Araşdırmalar göstərir ki, panellər torpağın temperaturunu azaldır və rütubəti qoruyaraq bitki örtüyünün inkişafına şərait yaradır. Bu isə səhralarda yeni ekosistemlərin formalaşmasına səbəb ola bilər.