Fars körfəzində SEPAH Hərbi Dəniz Qüvvələrinə məxsus iki sürətli katerin vurulduğu bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə SEPAH-a yaxın media məlumat yayıb.
Məlumata görə, katerlər ABŞ qırıcılarının hücumuna məruz qalıb. Hadisə nəticəsində 4 iranlı dənizçi həlak olub.
Rəsmi qurumlardan hadisə ilə bağlı hələlik açıqlama verilməyib.
Musavat.com