EN

Tramp İranın zənginləşdirilmiş uran ehtiyatının məhv ediləcəyinə əmindir

Ağ Ev lideri Donald Tramp Tehranın zənginləşdirilmiş uran ehtiyatının ya utilizasiya üçün ABŞ-yə daşınacağına, ya da İranda və ya başqa bir uyğun yerdə məhv ediləcəyinə əminliyini bildirib.

"Far.Az" xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb.

"Zənginləşdirilmiş uran (nüvə tozu!) ya dərhal çıxarılıb məhv edilməsi üçün ABŞ-yə göndəriləcək, ya da yerində və ya məqbul bir yerdə, İranla ilə əməkdaşlıq və razılaşma əsasında məhv ediləcək", - deyə o əlavə edib.

Amerika lideri həmçinin müvafiq təşkilatın müşahidəçi kimi fəaliyyət göstərməsinin tərəfdarı olduğunu bildirib.

Chosen
41
far.az

1Sources