ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Milan” keçmiş məşqçi Massimiliano Alleqriyə, eləcə də keçmiş baş direktor Corco Furlani və idman direktoru İqli Tareyə 20 milyon avrodan çox pul ödəyəcək.
İdman.Biz bu barədə “La Gazzetta dello Sport”a istinadən məlumat verir.
Furlaninin 2028-ci ilə qədər müqaviləsi çərçivəsində bonuslar da daxil olmaqla təxminən 10 milyon avro qazanacağı gözlənilirdi. Müqaviləsi 2027-ci ilə qədər olan Allegrinin 9 milyon avro, Tarenin isə təxminən 3 milyon avro alacağı gözlənilirdi.
Qeyd edək ki, bu məbləğlər qəti deyil və klub işdən çıxarılan menecerlərlə danışıqlar yolu ilə maaş azalmasına nail ola bilər.
“Milan” daha əvvəl klubun gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməməsindən sonra idman direktoru və baş direktoru Massimiliano Alleqrinin işdən çıxarıldığını açıqlamışdı.
İtaliya çempionatında 38 oyundan sonra “Milan” 70 xalla beşinci yerdə qərarlaşıb.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.