EN

Santexniklər bu sadə üsulları bilməyinizi istəmir

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mətbəxdə qəfil yığılan su və kanalizasiya qoxusu çox vaxt borularda yaranan tutulmanın ilk əlaməti olur. Bahalı kimyəvi vasitələrə və ya usta çağırmağa tələsmədən əvvəl, evdə olan sadə vasitələrlə problemi aradan qaldırmaq mümkündür.Yağ qalıqları, qəhvə çöküntüsü və yemək artıqları zamanla su borularında toplanaraq suyun axınını zəiflədir. Bu isə həm xoşagəlməz qoxuya, həm də çanaqda suyun yığılmasına səbəb olur.

Buz kubları ilə borulardakı çöküntüləri təmizləmək mümkündür. Bunun üçün çanağın axar hissəsinə kifayət qədər buz kubu tökülür, ardından isti su son həddə qədər açılır. Ani temperatur fərqi boruların daxilində güclü hərəkət yaradır və divarlara yapışan qalıqların qoparaq axmasına kömək edir.Mətbəxdə istifadə olunan maye qab yuma vasitəsi də yağ qatının əriməsində təsirli hesab olunur. Qaynar suyun içinə 2 xörək qaşığı maye qab yuma vasitəsi əlavə edilərək qarışdırılır. Hazırlanan qarışıq yavaş şəkildə axar hissəyə tökülür. Bu üsul borularda donmuş yağ və kir qatının yumşalmasına yardım edir.Tam təbii üsullara üstünlük verənlər üçün karbonat və sirkə qarışığı da effektiv variant sayılır. Axar hissəyə 1 stəkan karbonat töküldükdən sonra üzərinə 1 stəkan sirkə əlavə olunur. Qarışıq köpürməyə başladıqdan sonra 15 dəqiqə gözlənilir və ardınca qaynar su tökülür. Bu üsul həm tutulmanı açmağa, həm də pis qoxunu azaltmağa kömək edir.Çanaq tam tutulmayıbsa, lakin su gec axırsa, duz və qaynar su üsulu da tətbiq oluna bilər. Yarım stəkan qaya duzu axar hissəyə tökülür, ardınca isə qaynar su əlavə edilir. İsti su ilə duzun təsiri borulardakı üzvi qalıqların parçalanmasını sürətləndirir.Aytən

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
99
demokrat.az

1Sources