EN

ABŞ-nin İranın cənub hissəsinə endirdiyi zərbələr zamanı SEPAH-ın 4 üzvü həlak olub

ABŞ hərbçilərinin İranın cənub hissəsində yerləşən bir sıra hədəflərə zərbələr endirməsi nəticəsində SEPAH üzvləri itkilər verib.

Moderator.az İran mediasına istinadən xəbər verir ki, ABŞ ordusunun zərbələri nəticəsində 4 SEPAH üzvü həlak olub.

03:19

ABŞ hərbçiləri İranın cənub hissəsində yerləşən bir sıra hədəflərə zərbələr endirib.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Tim Hokinsə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ ordusu “özünümüdafiə məqsədilə” İran Silahlı Qüvvələrindən qaynaqlandığı iddia edilən təhdidlərin qarşısını almaq üçün əməliyyat həyata keçirib.

“ABŞ Silahlı Qüvvələri bu gün İranın cənubunda qüvvələrimizi qorumaq məqsədilə özünümüdafiə xarakterli zərbələr endirib. Hədəflər arasında raket buraxılış meydançaları və İran katerləri olub”, - Tim Hokinsin sözlərini “Fox News” telekanalı yayıb.

CENTCOM-un iddiasına görə, ABŞ tərəfindən vurulan İran katerləri guya mina yerləşdirməyə cəhd göstərib.

 

Chosen
1
3
moderator.az

5Sources