EN

"Nil sahilindən Xəzər dənizinə" adlı sərgi keçirilib

"Nil

Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri cənab Houssam Eldine Redanın himayəsi altında, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində çoxsaylı istedadlı uşaqların iki ölkə arasındakı əməkdaşlığı və mədəni ruhu ifadə edən rəsm əsərlərinin nümayiş olunduğu "Nil sahilindən Xəzər dənizinə" adlı sərgi keçirildi.

Sərgidə uşaqlar həmçinin rənglər və müxtəlif simvollardan istifadə edərək öz bədii baxışlarını və fərdi yaradıcılıqlarını nümayiş etdiriblər.

Mərkəzin müdiri Prof. Dr. Tarek Aboul Fotouh çıxış edərək qeyd edib ki, sərginin məqsədi uşaqlar arasında mədəni mübadilənin əhəmiyyətini vurğulamaq, onların yaradıcılıq və qarşılıqlı anlaşma ruhunu inkişaf etdirmək, həmçinin öz fikirlərini incəsənət istedadları vasitəsilə ifadə etməyə təşviq etməkdir. Ziyarətçilər sərgidə nümayiş olunan əsərlərə heyranlıqlarını bildirərək qeyd ediblər ki, belə sərgilər kiçik yaşlardan xalqlar arasında sevgi və ünsiyyət körpülərinin qurulmasına töhfə verir.

Uşaqların Misir və Azərbaycan mədəniyyətlərinin gözəlliyini özündə əks etdirən sənət əsərlərinin nümayiş olunduğu

tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Cavid

"Nil

"Nil

Chosen
15
1
xalqcebhesi.az

2Sources