EN

Bakıda tanışını öldürən şəxsin cəzası azaldıldı

Ali Məhkəmədə tanışını öldürməkdə təqsirləndirilən Ülvi Muradzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayətinə əsasən cəzaya aid hissədə dəyişdirilib. Ona təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 9 ilə endirilib.


Qeyd: Hadisə 2023-cü ilin avqustunda paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.


Belə ki, 1993-cü il təvəllüdlü Ülvi Muradzadə şəxsi münasibətlər zəmnində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Potapov Dimitri İqoyeviçi bıçaqla xəsarətlər yetirərək öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə ittiham irəli sürülüb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilib, Ülvi Muradzadənin cəzası 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzedilmişdi.
 

Kamal Məmmədov 

Tarix: 26 May 2026, 08:26   
Chosen
19
pravda.az

1Sources