EN

Keçmiş məcburi köçkün: Bizim hər zaman ən böyük arzumuz Qarabağımızın azad olunması idi

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 26 may, AZƏRTAC

Qarabağ işğal olunanda mən də ailəmlə bərabər doğma yurdumu tərk etməli oldum. Bakıya gəldik və yataqxanada məskunlaşdıq. Əlbəttə, o dövrlər çox çətin illər idi. Lakin məskunlaşdıqdan sonra dövlətimizin diqqət və qayğısı sayəsində yaxşı yaşadıq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində bu gün Ağdam şəhərinə köç edən keçmiş məcburi köçkün Mahir Quliyev deyib.

"Bizim hər zaman ən böyük arzumuz Qarabağımızın azad olunması və tezliklə öz yerimizə, yurdumuza, vətənimizə qayıtmaq idi. Müzəffər Ali Baş Komandanımıza, Prezidentimizə çox təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Ordumuzun, Prezidentimizin və xalqımızın birliyi sayəsində biz də arzumuza çatdıq, Qarabağımız azad olundu", - deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
3
azertag.az

4Sources