EN

Lavrov və Rubio Ukrayna münaqişəsini müzakirə ediblər

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio telefon danışığı zamanı Ukraynadakı münaqişə, Moskva ilə Vaşinqton arasındakı münasibətlər və İran ətrafındakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini Tommi Piqottnin yazılı açıqlamasında bildirilib.

“ABŞ dövlət katibi Marko Rubio bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə onunla telefon danışığı aparıb. Tərəflər Rusiya-Ukrayna müharibəsi, ikitərəfli münasibətlər və İrandakı vəziyyətlə bağlı fikir mübadiləsi ediblər”, - deyə sənəddə qeyd olunub.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
82
50
bizimyol.info

10Sources