
“İran nüvə silahı əldə etməyə çalışmır”.
Missiya.Az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O ölkəsinin regionda sülhməramlı olduğuna dair dünyaya zəmanət verməyə hazır olduğunu bəyan edib.
Pezeşkian İsraili isə Yaxın Şərqdəki gərginlik və qeyri-sabitliyin əsas amili kimi təsvir edib.
Siyasətçi qeyd edib ki, İranın məqsədi regional sabitliyi qorumaqdır.
Daşqın Həsənov
Missiya.Az