“Cəlilabad Broyler” ASC-nin 2025-ci il üzrə zərəri illik müqayisədə 93% və ya 2 dəfəyə yaxın artaraq 159,4 min manatdan 307,3 min manata yüksəlib.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il şirkətin gəlirləri 2024-cü ildəki 177,5 min manatdan 2025-ci ildə 129,4 min manata enərək 27% azalıb.
2025-ci ilin sonuna “Cəlilabad Broyler” ASC-nin cəmi aktivləri 7,03 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0.4% azalma deməkdir. Şirkətin cəmi kapitalı illik müqayisədə 6.5% azalaraq 4.9 milyon manatdan 4.6 milyon manata düşüb.
Bununla yanaşı, öhdəliklər 14% artaraq 2,15 milyon manatdan 2,45 milyon manata yüksəlib.