EN

İran millisinin düşərgəsi ABŞ-dan Meksikaya köçürüldü

style='margin-bottom:10px;'>

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) İran milli komandasının 2026-cı il Dünya Kuboku üçün təlim-məşq bazasının ABŞ-dan Meksikaya köçürüldüyünü təsdiqləyib.

QOL.az qurumun saytına istinadən xəbər verir ki, İranın əvvəlcə Arizona ştatının Tuson şəhərində yerləşməsi planlaşdırılırdı. Lakin yeni baza kimi sərhəd şəhəri Tijuana seçilib. Düşərgənin köçürülməsi viza ilə bağlı çətinliklərin qarşısını alacaq və komanda "Iran Air" ilə birbaşa Meksikaya uça biləcək.

İran millisi Dünya Kuboku qrup mərhələsinin ilk iki oyununu Los-Ancelesdə keçirəcək: 15 iyunda Yeni Zelandiya və 21 iyunda Belçika ilə. Daha sonra İran 26 iyunda Sietlda Misirlə qarşılaşacaq.

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İranın ABŞ-la hərbi münaqişəsi səbəbindən yığmanın mundialda iştirak etməməsi də müzakirə olunurdu. Lakin daha sonra komandanın yarışda mübarizə aparmasına qərar verilib.

Chosen
40
teleqraf.com

1Sources