Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubioin bu gün anlaşma memorandumu imzalayacağı gözlənilir.
ABŞ Dövlət Departamentinin məlumatına görə, Rubio erməni həmkarı ilə saat 15:30-da hava limanında görüşəcək, sənədin imzalanması isə saat 16:00-a planlaşdırılıb.
İmzalanacaq memorandumun məzmunu açıqlanmayıb.
Mayın 25-də Ermənistan Xarici İşlər Nazirliyi Marko Rubionun Yerevana səfər edəcəyini açıqlamışdı.
Nazirliyin məlumatına görə, Mirzoyan və Rubio arasında keçiriləcək görüşün yekununda ikitərəfli sənədlərin imzalanması və tərəflərin mətbuata bəyanat verməsi gözlənilir.
Gülnar