JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

 İqtisadi əsaslar dövlətin dayanıqlığını artırmaqla yanaşı, onun vətəndaşının da, sosial cəhətdən rifah halının yüksəlməsinə şərait yaradır.

 Hər bir dövlətin bünövrəsindən ən yüksək pilləsinə qədər keçdiyi inkişaf yolunun əsasında iqtisadiyyat  önəmli yer daşıyır. İqtisadi güc olmadan digər sahələrin inkişafı mümkünsüzdür. Belə ki, iqtisadi əsaslar dövlətin dayanıqlığını artırmaqla yanaşı, onun vətəndaşının da, sosial cəhətdən rifah halının yüksəlməsinə şərait yaradır. Biz iqtisadi güc deyərkən təbii sərvətlərimizlə yanaşı, istehsal sahələrinin də geniş şəkildə fəaliyyətini nəzərdə tuturuq. Məlumdur ki, hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində böyük dövlət proqramları geniş şəkildə tətbiq olunur, icrası uğurla həyata keçirilir. Azərbaycan dövlət müstəqilliyinin bərpasından sonra ötən bu illər ərzində demək olar ki , əsaslı şəkildə iqtisadi gücünü artırmağa nail olmuşdur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, hər il yenilənən bu strategiyanın müsbət nəticəsi artıq göz önündədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2004-cü ildən bu günə qədər regionların hərtərəfli inkişafına yönəldilmiş müxtəlif dövlət proqramları qəbul edilərək icrası reallaşdırılmışdır. Əsasən, regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafının təmin olunması istiqamətində görülən işlər iqtisadi artıma əhəmiyyətli təsir göstərmişdir. Davamlı artan iqtisadi inkişaf isə yoxsulluğun azaldılmasına xidmət etmişdir.

Bu  sahədə  Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, iqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması, irimiqyaslı infrastruktur layihələrinin icrası və bunun nəticəsi olaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamışdır.

Ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətləri daha da artırmaq məqsədi ilə həyata keçirilən layihələr nəticəsində ölkədə 1,5 milyona artıq yeni iş yerləri, 100 mindən artıq müəssisə açılmışdır. Xüsusilə işsizlik probleminin həllinə təkan verən belə layihələr həyata keçdikcə ölkəmizdə iqtisadi dayanıqlıq daha da möhkəmlənəcəkdir. Respublikamızda aqroparkların təşkili bol məhsuldarlıq əldə olunmasına şərait yaradacaqdır. Təşkil olunan bu müəssisələrdə çalışan insanların sayı ilə işsizlik problemi də müəyyən mənada azalmışdır. İnanırıq ki, həyata keçirilən işlər nəticəsində iqdisadiyyatımız daha güclü, vətəndaşlarımızın rifah halı isə müsbət mənada daha da yüksələcəkdir.

 

Səidə Rzayeva
Neftçala rayonu

 

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX