EN

İran neftin qiymətinin 200 dollara çatacağı barədə xəbərdarlıq edib

ABŞ Yaxın Şərqdə və İran yaxınlığında “hərbi avantüralarını” davam etdirdiyi müddətdə hər hansı razılaşmadan söhbət gedə bilməz. Bu barədə İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Əməliyyat Qərargahının sözçüsü İbrahim Zülfəqari ABŞ-nin İranın cənubuna endirdiyi zərbələrdən sonra sosial mediada yazıb.

“ABŞ hökuməti dəfələrlə göstərib ki, yalnız güc dilini anlayır. Bir bareli 200 dollara olan neftə hazırlaşın”, — deyə o bildirib.

Mayın 26-na keçən gecə ABŞ qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus iki kateri, həmçinin Bəndər-Abbas limanındakı zenit-raket qurğusunu vurub. ABŞ tərəfi bildirib ki, katerlər Hörmüz boğazını minalayırdı, qurğu isə Amerika təyyarələrini hədəfə almışdı. Vaşinqton zərbələri “müdafiə xarakterli” adlandırıb və atəşkəs rejiminin qüvvədə qaldığını bəyan edib.

“Reuters” yazır ki, ABŞ-nin İrana zərbələri Asiya ticarət sessiyasının əvvəlində Brent markalı neft fyuçerslərinin qiymətini 1%-dən çox artıraraq bir barel üçün 97,32 dollara çatdırıb.

ABŞ və İran arasında aprelin əvvəlində elan edilmiş atəşkəs rejimi qüvvədədir. Daha sonra ABŞ prezidenti Donald Tramp onu xüsusi göstərişədək qeyri-müəyyən müddətə uzadıb. Bununla belə, may ayında tərəflər Hörmüz boğazında qarşılıqlı zərbələr endirib: İran bunu atəşkəsin pozulması kimi qiymətləndirib, Tramp isə hərbi əməliyyatları “yumşaq təpik” adlandırıb.

Son günlər İran və ABŞ arasında danışıqlar fəallaşıb: tərəflər, “Axios”un məlumatına görə, atəşkəsi daha 60 gün uzadacaq yekun saziş hazırlayırlar. Bununla yanaşı, Tramp mayın 19-da zərbələrin bərpasına “bir saat” qaldığını, lakin ondan “bir neçə gün də gözləməsinin” istənildiyini bildirib və Tehranı “rasional davranmaqda” ittiham etməyib. Daha sonra ABŞ lideri danışıqları konstruktiv adlandırsa da, səhvlərə yol verməmək üçün sazişin imzalanmasına tələsməməyə çağırıb.

Chosen
32
banker.az

1Sources