EN

Ödənişli yolda AĞIR QƏZA: Xəsarət alanlar var FOTO YENİLƏNİB

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, mayın 25-də saat 21:00-da baş verən avtoqəzada yaralanan iki nəfər (qadın cinsli) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin olunub. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.

***

Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunda qəza baş verib.

Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, yolun Şabran rayonu ərazisindən keçən hissəsində "Toyota" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində beton arakəsməyə çırpılıb və aşıb.

Hadisə zamanı avtomobilin sürücüsü olan qadın və onun qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadası vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
13
avtosfer.az

10Sources