EN

İranın zənginləşdirilmiş uranı ya ABŞ-a veriləcək, ya da məhv olunacaq – Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranda zənginləşdirilmiş uran ya dərhal ABŞ-a daşınaraq məhv edilməli, ya da Tehranla koordinasiya şəraitində yerində zərərsizləşdirilməlidir.

Turkustan.az xəbər verir ki, Tramp bu barədə bazar ertəsi özünün Truth Social hesabında paylaşım edib.

“Zənginləşdirilmiş uran (nüvə tozu) ya dərhal ABŞ-a daşınacaq və məhv ediləcək, ya da daha yaxşı variant olaraq İran İslam Respublikası ilə əməkdaşlıq və koordinasiya çərçivəsində yerində məhv olunacaq”, — deyə o bildirib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
4
turkustan.az

1Sources