EN

Tramp: İranın zənginləşdirilmiş uranı məhv edilməlidir

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uranı ABŞ-a təhvil verilməli və ya beynəlxalq nəzarət altında məhv edilməli olduğunu bildirib.

Tramp sosial mediada yazıb: “Zənginləşdirilmiş uran (nüvə tozu) ya dərhal ABŞ-a köçürülməli, buraya gətirilməli və məhv edilməli, ya da İranla əməkdaşlıq və koordinasiya yolu ilə, Atom Enerjisi Komissiyasının və ya ona bərabər qurumların iştirakı ilə başqa məqbul yerdə məhv edilməlidir”.

ABŞ/İsrail-İran müharibəsinə son qoymaq üçün danışıqlar davam etdikcə, İranda olduğu deyilən təxminən 400 kiloqram zənginləşdirilmiş uranın taleyi əsas müzakirə mövzusu olaraq qalır.

P.ƏMİRCANOV
XQ

 

Chosen
12
xalqqazeti.az

1Sources