EN

"Qarabağ" bu göstəricidə "Neftçi"ni qabaqladı - LİDER OLDU

Misli Premyer Liqasının 2025/26 mövsümünün oyunlarını 285 min 778 tamaşaçı izləyib.

Apasport.az xəbər verir ki, nəticəsi ləğv olunan “İmişli” – “Sumqayıt” matçı  nəzərə alınmaqla baş tutan 198 görüşdə orta göstərici 1443-ə bərabər olub.

Ən çox seyrçi XXVIII turun “Qarabağ” – “Sabah” görüşündə qeydə alınıb. Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada 17 min 338 izləyici olub.

Bu komandaların eyni arenada baş tutan XXII turdakı matçı siyahıda ikincidir. Martın 1-də baş tutan oyunu 10 min 361 tamaşaçı seyr edib.

Ən çox izləyici toplayan iki matçın ev sahibi olan “Qarabağ” öz meydanındakı matçlardakı tamaşaçı sayında da 1-ci olub. Ümumilikdə 51 min 167 tamaşaçı toplayan Ağdam klubunun orta göstəricisi 3010-a bərabər olub.

“Neftçi” tamaşaçı sayında 2-ci yeri tutub – 44 min 693 (orta göstərici – 2793). İlk “üçlüy”ü “Sumqayıt” qapayıb – 39 min 560 (orta göstərici - 2473)

 

KLUB

TAMAŞAÇI

OYUN

ORTA

1

Qarabağ

51167

17

3010

2

Neftçi

44693

16

2793

3

Sumqayıt

39560

16

2473

4

Turan Tovuz

34550

16

2159

5

Karvan-Yevlax

27380

17

1611

6

Sabah

23623

17

1390

7

Şamaxı

18150

17

1068

8

Kəpəz

13150

16

822

9

Zirə

12350

17

726

10

Qəbələ

9670

16

604

11

İmişli

7765

16

485

12

Araz-Naxçıvan

3720

17

219

 

cəmi

285778

198

1443

"Bursaspor" Toralı belə təqdim etdi - VİDEO

Toral Bayramov "Qarabağ"dan getdi, yeni komandası bəlli oldu - RƏSMİ

I Liqa: Pley-off matçı bu hakimə tapşırılıb

Pley-off matçının təyinatları bəlli oldu

I Liqanın bombardiri mükafatlandırılıb

Chosen
1
11
apasport.az

10Sources