Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, Lavrov danışıq zamanı Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampa göndərdiyi mesajı Rubioya çatdırıb.
Rubio bildirib ki, Putin Lavrov vasitəsilə Trampa mesaj göndərilməsini istəyib və o da həmin mesajı ABŞ prezidentinə çatdırıb.
Mesajın məzmunu açıqlanmayıb.
Aytəkin TOFİQQIZI