EN

"Qarabağ" azarkeş sayında lider olub

"Qarabağ" Misli Premyer Liqasının 2025/2026 mövsümündə ev oyunlarında azarkeş sayına görə lider olub.

"Cebheinfo.az" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, son mövsümünün oyunlarını ümumilikdə 285 min 778 tamaşaçı izləyib.

Nəticəsi ləğv olunan "İmişli" – "Sumqayıt" matçı nəzərə alınmaqla baş tutan 198 görüşdə orta göstərici 1443-ə bərabər olub.

Ən çox seyrçi XXVIII turun "Qarabağ" – "Sabah" görüşündə qeydə alınıb. Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada 17 min 338 izləyici olub. Bu komandaların eyni arenada baş tutan XXII turdakı matçı siyahıda ikincidir. Martın 1-də baş tutan oyunu 10 min 361 tamaşaçı seyr edib.

Ən çox izləyici toplayan iki matçın ev sahibi olan "Qarabağ" öz meydanındakı matçlardakı tamaşaçı sayında da 1-ci olub. Ümumilikdə 51 min 167 tamaşaçı toplayan Ağdam klubunun orta göstəricisi 3010-a bərabər olub.

"Neftçi" tamaşaçı sayında 2-ci yeri tutub – 44 min 693 (orta göstərici – 2793). İlk "üçlüy"ü "Sumqayıt" qapayıb – 39 min 560 (orta göstərici - 2473)

KLUB TAMAŞAÇI OYUN ORTA

1 Qarabağ 51167 17 3010

2 Neftçi 44693 16 2793

3 Sumqayıt 39560 16 2473

4 Turan Tovuz 34550 16 2159

5 Karvan-Yevlax 27380 17 1611

6 Sabah 23623 17 1390

7 Şamaxı 18150 17 1068

8 Kəpəz 13150 16 822

9 Zirə 12350 17 726

10 Qəbələ 9670 16 604

11 İmişli 7765 16 485

12 Araz-Naxçıvan 3720 17 219

Cəmi 285 778 198 1443

"Cebheinfo.az"

Chosen
3
11
cebheinfo.az

10Sources