EN

“Qarabağ” 1-ci, “Neftçi” 2-ci oldu

"Qarabağ" Misli Premyer Liqasının 2025/2026 mövsümündə ev oyunlarında azarkeş sayına görə lider olub.

Fanat.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, son mövsümün oyunlarını ümumilikdə 285 min 778 tamaşaçı izləyib.

Nəticəsi ləğv olunan "İmişli" – "Sumqayıt" matçı nəzərə alınmaqla baş tutan 198 görüşdə orta göstərici 1443-ə bərabər olub.

Ən çox seyrçi XXVIII turun "Qarabağ" – "Sabah" görüşündə qeydə alınıb. Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada 17 min 338 izləyici olub. Bu komandaların eyni arenada baş tutan XXII turdakı matçı siyahıda ikincidir. Martın 1-də baş tutan oyunu 10 min 361 tamaşaçı seyr edib.

Ən çox izləyici toplayan iki matçın ev sahibi olan "Qarabağ" öz meydanındakı oyunlardakı tamaşaçı sayında da 1-ci olub. Ümumilikdə 51 min 167 tamaşaçı toplayan Ağdam klubunun orta göstəricisi 3010-a bərabər olub.

"Neftçi" tamaşaçı sayında 2-ci yeri tutub – 44 min 693 (orta göstərici – 2793). İlk "üçlüy"ü "Sumqayıt" qapayıb – 39 min 560 (orta göstərici - 2473).


 

Chosen
3
7
fanat.az

10Sources