
İrəvana səfəri zamanı ABŞ dövlət katibi Marko Rubio erməni həmkarı Ararat Mirzoyanla anlaşma memorandumu imzalayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ABŞ dövlət katibinin bazar ertəsi dərc olunmuş cədvəlində öz əksini tapıb.
Sənədə əsasən, Rubio Mirzoyanla Bakı vaxtı ilə saat 15:30-da görüşəcək. Bakı vaxtı ilə saat 16:00-da onlar anlaşma memorandum imzalayacaqlar.
Sənədin məzmunu açıqlanmır.