Misli Premyer Liqasının 2025/26 mövsümünün oyunlarını 285 min 778 tamaşaçı izləyib.

Rekord.az xəbər verir ki, nəticəsi ləğv olunan “İmişli” – “Sumqayıt” matçı  nəzərə alınmaqla baş tutan 198 görüşdə orta göstərici 1443-ə bərabər olub.

Ən çox seyrçi XXVIII turun “Qarabağ” – “Sabah” görüşündə qeydə alınıb. Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada 17 min 338 izləyici olub.

Bu komandaların eyni arenada baş tutan XXII turdakı matçı siyahıda ikincidir. Martın 1-də baş tutan oyunu 10 min 361 tamaşaçı seyr edib.

Ən çox izləyici toplayan iki matçın ev sahibi olan “Qarabağ” öz meydanındakı matçlardakı tamaşaçı sayında da 1-ci olub. Ümumilikdə 51 min 167 tamaşaçı toplayan Ağdam klubunun orta göstəricisi 3010-a bərabər olub.

“Neftçi” tamaşaçı sayında 2-ci yeri tutub – 44 min 693 (orta göstərici – 2793). İlk “üçlüy”ü “Sumqayıt” qapayıb – 39 min 560 (orta göstərici - 2473)


KLUBTAMAŞAÇIOYUNORTA
1Qarabağ51167173010
2Neftçi44693162793
3Sumqayıt39560162473
4Turan Tovuz34550162159
5Karvan-Yevlax27380171611
6Sabah23623171390
7Şamaxı18150171068
8Kəpəz1315016822
9Zirə1235017726
10Qəbələ967016604
11İmişli776516485
12Araz-Naxçıvan372017219

cəmi2857781981443