Ajans.az Daily Mail-ə istinadən xəbər verir ki, Uqandadan üç aylıq humanitar missiyadan qayıdan iki şəxs — bir kişi və bir qadın — ölkəyə döndükdən sonra yüksək hərarət, ürəkbulanma, qusma və mədə-bağırsaq pozğunluğu kimi simptomlar göstəriblər. Hər iki şəxs yüksək riskli yoluxucu xəstəliklərin müalicəsi üzrə ixtisaslaşmış Milanın Sakko Xəstəxanasına yerləşdirilib.