EN

Bir yerdə ölüb, min yerdə məzarı olan Yunus Əmrə YARADICILIĞI – Şeirləri sərhəd AŞIR - FOTO

Bu gün VI Türk dünyası ədəbiyyat və kitab festivalının sonuncu gününə start verilib.

Bizim.Media xəbər verir ki, festivalın bu günü “Yunus Əmrə və Türk dünyası”na həsr olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Publisist Zərəngiz Qayalının oxucularla görüşü keçirilib - FOTO


Tədbirin açılış mərasimində çıxış edən filologiya elmləri doktoru, dosent Xuraman Hümmətova Yunus Əmrə yaradıcılığından, onun Türk təsəvvüf ədəbiyyatındakı yerindən danışıb.

“Tədqiqatlar nəticəsində müəyyən edilib ki, Yunus Əmrə türkdilli ölkələrə səyahət edib. O, türk dilinin sadələşməsində və İslamın yayılmasında müstəsna xidmətləri olan bir mütəffəkkirdir. Yunus elə bir ədibdir ki, o, bir yerdə ölüb, min yerdə məzarı var. Onun şeirləri sərhədlər tanımadan bütün dünyaya, bütün Türk dünyasına yayılıb”.

Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin təqdimatları və oxucularla görüşləri davam edir.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.


Naibə Məmmədova, İntiqam İbrahimov, Bizim.Media

Chosen
39
46
bizim.media

10Sources