EN

"Rubio Trampa Putindən mesaj çatdırdı" - Ukrayna KİV-ləri

"Vaşinqton Moskva ilə təmasları davam etdirir, Kiyev isə Kremlin bəyanatlarını diplomatik təzyiq və şantaj kimi qiymətləndirir..."

ABŞ dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrov ilə danışığı zamanı Kreml rəhbəri Vladimir Putin tərəfindən ünvanlanan mesajı ABŞ prezidenti Donald Trampa çatdırdığını açıqlayıb. 

Moderator.az xəbər verir ki, bu barədə jurnalist Aleks Raufoglu "X" sosial şəbəkəsində məlumat verib. Məlumatı   yayıb.

Raufoglunun sözlərinə görə, Rubio jurnalistlərə bildirib ki, Lavrov Putinin Tramp üçün nəzərdə tutulmuş mesajını ona ötürüb və həmin mesaj artıq Ağ Ev rəhbərinə çatdırılıb. Mesajın məzmunu açıqlanmasa da, bu təmaslar Rusiya-Ukrayna müharibəsi ətrafında diplomatik aktivliyin artdığı dövrə təsadüf edir.

ABŞ vasitəçi roluna qayıda bilər

Rubio bəyan edib ki, Vaşinqton Ukraynadakı müharibənin başa çatması üçün mümkün olan hər şeyi etməyə hazırdır. Onun sözlərinə görə, ABŞ gələcəkdə yenidən Moskva ilə Kiyev arasında vasitəçi rolunu oynaya bilər.

Dövlət katibi xüsusilə mayın 24-nə keçən gecə Ukraynaya endirilən genişmiqyaslı hücumları xatırladaraq bildirib ki, belə hadisələr müharibənin nə qədər dağıdıcı olduğunu bir daha göstərir.

"Belə kütləvi zərbələri hər dəfə görəndə bu müharibənin niyə dəhşətli olduğunu və niyə dayandırılmalı olduğunu anlayırsan", - deyə Rubio vurğulayıb.

Kiyevə zərbələr və diplomatik təzyiq

Eyni zamanda Rubio Rusiyanın Kiyevə mümkün yeni hücumları ilə bağlı xəbərlərin əhəmiyyətini azaltmağa çalışıb. O qeyd edib ki, uzunmüddətli müharibələr həmişə eskalasiya riski yaradır.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Kiyevdəki hərbi-sənaye obyektlərinə qarşı "sistemli zərbələr" endiriləcəyini açıqlayıb və xarici dövlətləri diplomatik missiyalarının əməkdaşlarını Ukrayna paytaxtından çıxarmağa çağırıb.

Ukrayna Xarici İşlər Nazirliyi isə bu bəyanatları şantaj və xarici diplomatları qorxutmaq cəhdi kimi qiymətləndirib. Kiyev hesab edir ki, Kreml bu üsulla danışıqlarda güzəştlər əldə etməyə çalışır.

Analitiklər xatırladır ki, oxşar vəziyyət Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan əvvəl də yaşanmışdı. Həmin dövrdə bir sıra ölkələr səfirlik əməkdaşlarını ya Ukraynadan çıxarmış, ya da onları ölkənin qərb bölgələrinə köçürmüşdü.

Chosen
25
1
moderator.az

2Sources