sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Milan" klubunda Massimiliano Alleqrinin gedişindən sonra baş məşqçi postuna yeni namizəd müəyyənləşib. Sport24.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, İtalya klubunun rəhbərliyi üçün əsas variantlardan biri Andoni Iraoladır.Klub prezidenti Qerri Kardinale ilə Iraola arasında artıq ilkin təmasların qurulduğu və görüşün baş tutduğu bildirilir. İspaniyalı çalışdırıcı "Milan"ın rəhbərliyinin tərtib etdiyi qısa namizədlər siyahısında yer alır və yekun qərarın bu siyahı əsasında veriləcəyi gözlənilir.Qeyd edək ki, "Milan" rəhbərliyinin yeni baş məşqçinin adını iyun ayının ilk günlərində ictimaiyyətə elan edəcəyi bildirilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.