EN

Apellyasiya müraciətləri ödənişli qaydada həyata keçiriləcək? RƏSMİ

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Beynəlxalq imtahan təcrübəsində apellyasiya müraciətləri zamanı müəyyən məbləğdə depozitin ödənilməsi qaydası tətbiq olunur. Adətən, müraciət təmin edildiyi halda həmin məbləğ geri qaytarılır, təmin olunmadıqda isə depozit saxlanılır. Ötən il Dövlət İmtahan Mərkəzi (DİM) də bu yanaşma ilə bağlı Tarif Şurasına təklif verilə biləcəyini bildirmişdi.

Modern.az məsələ ilə bağlı cari ildən apellyasiya müraciətlərinin ödənişli olub-olmayacağını öyrənmək üçün Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, hazırda bu istiqamətdə hər hansı dəyişiklik yoxdur.

“Bütün imtahanların nəticələri ilə bağlı apellyasiya müraciətləri hazırda ödənişsiz qaydada həyata keçirilir”, - deyə rəsmi məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
modern.az

1Sources