EN

“Ermənistan rəhbərliyi xalqının gələcəyi üçün məsuliyyət daşıyır" - Sergey Şoyqu

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistan rəhbərliyinin təhlükə mənbəyindən qorunma axtarmasından təəssüfləndiyini bildirib.

Missiya.Az xəbər verir ki, o bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclasında çıxışı zamanı deyib.

"Təəssüf ki, təşkilatdakı erməni tərəfdaşlarımız bunu başa düşmürlər və təhlükənin birbaşa mənbəyindən qorunma axtarırlar. Lakin bu, Ermənistan rəhbərliyinin seçimidir, onlar ölkəsinin və xalqının gələcəyi üçün məsuliyyət daşıyır", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
20
missiya.az

1Sources